Azərbaycan dili bazar günü məktəbi şagirdinin nailiyyətləri
Benderidəki Azərbaycan dili bazar günü məktəbinin şagirdi və KAM-ın gənc fəalı Əminə Orucova medal qazandı! Əminə akrobatika ilə fəal məşğul olur və mütəmadi olaraq həm Moldovada, həm də xaricdə keçirilən yarışlarda iştirak edir. Bu dəfə o, oktyabrın 00-dən 00-dək Kişinyovda keçirilən idman akrobatikası üzrə Moldova çempionatında iştirak edib. 00-00 yaş kateqoriyası üzrə iştirakçılar arasında Əminə 0-ci yeri tutaraq medalla təltif olunub.
Əminə xanımı bu nailiyyəti münasibətilə ürəkdən təbrik edir, ona gələcəkdə yeni qələbələr arzulayırıq!